Sumqayıt-Bakı elektrik qatarının fəaliyyətində problem yaranıb


09:17     09 Avqust 2019 sumqayit%20qatari%20yolda.jpg

Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarının fəaliyyətində problem yaranıb.

Femida.az xəbər verir ki, Sumqayıt Dəmir Yolu Vağzalından saat 07:50-də çıxan qatar bir neçə dəfə yolda dayanıb və aşağı sürətlə hərəkət etməli olub.

Gecikmənin yağışlı hava səbəbindən olması ehtimal edilir. Qatar Bakı Dəmir Yolu Vağzalına saat 08:50-də, yəni 20 dəqiqə gec çatıb.

Femida.az

Açar sözlər:

Oxunub: 279