Kişini boğub,çantasını aldılar - Bakıda dəhşətli anlar


09:23     09 Avqust 2019 19_08_09_1565328314.jpg

Bakının Səbail rayonunda 44 yaşlı kişiyə qarşı soyğunçuluq törədilib.


Femida.az xəbər verir ki, hadisə Mikayıl Hüseynov küçəsində baş verib.

Belə ki, iki nəfər naməlum şəxs Bakı şəhər sakini, 1975-ci il təvəllüdlü Əfqan Tanrıverdiyevi hədələyib və boğmağa cəhd göstərib. Daha sonra onun çanta və mobil telefonunu əlindən alaraq qaçıblar.


Faktın təfərrüatları Səbail RPİ-nin əməkdaşları tərəfindən araşdırılır.

Açar sözlər:

Oxunub: 490