Atambayev istintaq təcridxanasına yerləşdirilib


09:28     09 Avqust 2019 2019/08/725d4d03de7201d_1565328681.jpg

Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev Milli Təhlükəsizlik Dövlət Komitəsinin istintaq təcridxanasına yerləşdirilib.

Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə onun vəkili Sergey Slesarev məlumat verib.

Onun sözlərinə görə, A. Atambayev avqustun 26-dək orada saxlanılacaq.

Vəkil qeyd edib ki, keçmiş dövlət başçısının kriminal avtoritet Əziz Batukayevin qanunsuz olaraq həbsdən azad etməkdə ittiham edilir.

Xatırladaq ki, Qırğızıstanın sabiq Prezidenti A. Atambayev ötən gün saxlanılıb.

İki gün əvvəl isə A. Atambayevin həbs edilməsi üçün əməliyyat keçirilib. Əməliyyat zamanı 52 nəfər yaralanıb, bir xüsusi təyinatlı ölüb.

Qırğızıstanda sabiq Prezident A. Atambayevə qarşı parlament araşdırması aparılır. Bu ilin iyununda deputatlar sabiq Prezidenti toxunulmazlıqdan məhrum ediblər. Ona qarşı Qırğızıstanda vəzifə səlahiyyətlərindən sui-istifadə və korrupsiya da daxil olmaqla, bir neçə maddə üzrə ittiham irəli sürülüb. Son bir il yarım ərzində A. Atambayevin tərəfdarları da cinayət məsuliyyətinə cəlb edilib. O, iyul ayında Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə görüşüb.

Xatırladaq ki, A. Atambayev 2010-cu ildə baş vermiş inqilab zamanı müxalifətin lideri olub. O Qırğızıstanın sayca 4-cü Prezidentidir. A. Atambayev ölkəyə 2011-2017-ci illər aralığında rəhbərlik edib.

Femida.az

Açar sözlər:

Oxunub: 339