Şəki Xan Sarayına giriş bərpa olundu
10:08 09 Avqust 2019
Şəki Xan Sarayına giriş bərpa olunub.
Sarayda baş vermiş hadisədən sonra Fövqəladə Hallar Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Dövlət Turizm Agentliyi və Baş Prokurorluq tərəfindən həyata keçirilən müvafiq araşdırma və bərpa işləri başa çatıb.
Bununla da bu gündən etibarən saray turistlərin ixtiyarına verilib.
Qeyd edək ki, iyulun 14-də saat 12 radələrində Şəki Xan Sarayı ərazisində 1530-cu ilə aid ağacın təxminən 50 santimetr diametrində olan budağının qəflətən qırılaraq həmin vaxt sarayın həyətində olan turistlərin üzərinə düşməsi nəticəsində 19 nəfər xəsarət alıb. Onlardan 2-si Azərbaycan əsilli Rusiya vətəndaşı, 5-i Suriya vətəndaşı, digərləri isə Azərbaycan vətəndaşlarıdır. Hadisə nəticəsində yaralanan Azərbaycan vətəndaşlarından biri xəstəxanada dünyasını dəyişib. Hadisədən sonra Dövlət Turizm Agentliyinin rəhbərliyinin qərarı ilə “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən Şəki Xan Sarayının ərazisinə giriş bağlanıb.
Femida.az
Oxunub: 680
Oxşar xəbərlər
- Məktəblərdə “Bilik Günü” təntənəli şəkildə qeyd edilməyəcək - RƏSMİ
- Şəkidə avtomobil piyadanı vuraraq öldürüb
- Şəhidin 5 yaşlı övladı faciəvi şəkildə vəfat etdi
- Şəkidə traktor aşıb, iki nəfər ölüb
- Şəki Penitensiar Müəssisəsinə narkotik və psixotrop maddə keçirilməsinin qarşısı alınıb
- Ginekoloq özünü binadan niyə atıb? - “Əri içib, ona şəkil atıb ki..." - Həkimlər nələr danışdı?
- Bakıda daş karxanasında fəhlə faciəvi şəkildə ölüb
- DİN Şəkidəki ağır yol qəzasının başvermə səbəbini açıqlayıb
- Azərbaycanda futbolçu faciəvi şəkildə öldü-FOTO
- Şəkidə narkotiklə saxlanılan şəxsin digər cinayət əməlinin üstü açılıb