Bakı sakini bıçaqlanaraq öldürülüb


10:29     09 Avqust 2019 bicaq.jpg

Bakıda qətl törədilib.


Femida.az -ın APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini Asif İsgəndərov bir neçə gün əvvəl bıçaq xəsarəti ilə xəstəxanaya daxil olub. A.İsgəndərov avqustun 8-də aldığı xəsarətdən xəstəxanada ölüb.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Elnur Vəliyev saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığı ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 261