Atambayevin 40-a yaxın tərəfdarı saxlanılıb


11:08     09 Avqust 2019 almazbek-atambayev-via-ria-novosti.jpg

Qırğızıstan polisi paytaxt Bişkekdə iğtişaşlar zamanı sabiq Prezident Almazbek Atambayevin 40-a yaxın tərəfdarını saxlayıb.


Femida.az-ın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ötən gecə baş verən iğtişaşlarda 1500-ə yaxın şəxsin iştirak etdiyi bildirilir. Etirazçılar mağazaların vitrinlərini sındırıb, zibil qutularına od vurub, nəzarət kameralarını sındırıblar.

Femida.az

Açar sözlər:

Oxunub: 363