Oğuzda kəndlər qazsız qalıb


11:20     09 Avqust 2019 2019/08/195d4d15ad4791d_1565335345.jpeg

Dünən axşam saatlarında Oğuz rayonunun Bucaq, Calut, Bayan, Muxas kəndlərini təbii qazla təmin edən orta təzyiqli qaz xəttini avtomobillə vuraraq zədələyiblər.

Bu barədə APA-ya “Azəriqaz” İB-dən bildirilib.

Verilən məlumata görə, hadisə nəticəsində 1300 abonentin qaz təchizatında fasilə yaranıb. Kəndlərə qazın verilişi bu gün səhər saatlarında bərpa olunub.

Açar sözlər:

Oxunub: 302