63,1 min ailə sosial yardımla təmin edilib


11:24     09 Avqust 2019 Pul-manat.jpg

2019-cu ilin 6 ayında aztəminatlı ailələrin rifahının yaxşılaşdırılması tədbirləri çərçivəsində həmin ailələrin dövlətin sosial yardımı ilə təmin edilməsi davam etdirilib. Yanvar-iyun aylarında 63,1 min ailə (260,7 min nəfər ailə üzvü) ünvanlı dövlət sosial yardımı ilə təmin edilib.


Bu barədə Femida.az -a açıqlamasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Onun sözlərinə görə, bir ailəyə düşən sosial yardımın orta aylıq məbləği 199,2 manat təşkil edib: "Sosial yardım təyinatı elektron sistem tərəfindən həyata keçirilir. Ölkəmizin öz mütəxəssislərinin hazırladığı bu sistem sosial yardım proqramının icrasında ünvanlılığa təminat verməklə, yardım alınması üçün müraciət və təyinat prosesinin məmur-vətəndaş kontaktları olmadan, tam şəffaf həyata keçirilməsinə imkan yaradıb. Vətəndaş təmsil etdiyi ailənin sosial yardım almaq hüququna baxılması üçün yalnız e-qaydada müraciət edərək, ailəsinin tərkibi, gəlirləri, əmlakı və s. barədə məlumatları e-sistemə daxil edir və bu məlumatlar avtomatlaşdırılmış rejimdə yoxlanaraq qərar qəbul olunur.
Təsadüfi deyil ki, cari ildə Beynəlxalq Sosial Təminat Assosiasiyası tərəfindən 20 ölkədən 76 sosial layihənin iştirak etdiyi müsabiqənin nəticəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sistemi xüsusi mükafata layiq görülüb".

Açar sözlər:

Oxunub: 347


Oxşar xəbərlər