Bu gün Beyləqan və Yevlaxda qaz olmayacaq


11:25     09 Avqust 2019 qaz7.jpg

Bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Qaz İxrac” İdarəsinin balansında olan “Ağcabədi-Beyləqan” magistral qaz kəmərində aşkar olunmuş qaz sızmalarının ləğvi və bəzi quraşdırma işlərinin icrasına başlanılıb.



“Azəriqaz” İstehsalat Birliyindən Femida.az-a verilən məlumata görə, bu məqsədlə saat 10:00-dan işlər başa çatana qədər Beyləqan rayonunun mərkəzində, eləcə də bir neçə kənd və qəsəbədə qaz təchizatı dayandırılıb.

Saat 14:00-dan etibarən işlər başa çatanadək Yevlax rayonunun bir neçə yaşayış sahəsində də qaz məhdudiyyətləri tətbiq olunacaq. Bu müddət ərzində orta təzyiqli yeraltı qaz xəttində sazlama işləri aparılacaq.

Femida.az

Açar sözlər:

Oxunub: 267