Bu şəxsin yaxınları axtarılır - FOTO
11:44 09 Avqust 2019
Qubada köməksiz vəziyyətdə tapılan nitq qüsurlu şəxsin yaxınları axtarılır.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupundan Femida.az-a verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşları gecə saatlarında rayon ərazisində xidmət aparan zaman köməksiz vəziyyətdə olan bir nəfər şəxsin olduğunu görərək dərhal ona yaxınlaşıblar. Həmin şəxsin üzərində heç bir sənədin olmadığından və özü haqqında məlumat verə bilmədiyindən polis əməkdaşları onu Polis Şöbəsinə gətiriblər. Hazırda həmin şəxsin yaxınları axtarılır.
Tapılan şəxsin əlamətləri belədir: Boyu 175 sm, arıq bədən quruluşlu, qısa saçlı, gözlərinin rəngi yaşıldır. Nitq qüsurludur, özü və yaxınları haqqında heç bir məlumat verə bilmir. Tapılan zaman onun əynində qara köynək, tünd göy şalvar və qara ayaqqabı olub. Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Quba Rayon Polis Şöbəsinə 02333-5-35-11; 02333-5-43-02 şəhər nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
Femida.az
Oxunub: 312
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir