Qurban ətləri pulsuz müayinə olunacaq
12:07 09 Avqust 2019
"Qurban bayramı günlərində iribuynuzlu və xırdabuynuzlu heyvanların baytarlıq-sanitariya ekspertizasının aparılması ödənişsiz həyata keçiriləcək".
Femida.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ictimaiyyətlə əlaqələr sektorunun müdiri Aysel Fərziyeva deyib.
"Qurban bayramı günlərində respublika ərazisində AQTA-nın laboratoriyaları pulsuz xidmət göstərəcək. Heyvanların laborator müayinəsi üçün nəzərdə tutulan dövlət rüsumu bayram günlərində tətbiq edilməyəcək. Daimi kəsim məntəqələri və çadırtipli kəsim məntəqələrində bayram ərəfəsində heyvanların baytarlıq sanitariya ekspertizasının aparılması və həkim müayinələri tamamilə pulsuz aparılacaq".
Qeyd edək ki, adi günlərdə iribuynuzlu heyvanların laborator analizi üçün ödənişin məbləği 5 manat, xırdabuynuzlu heyvanların laborator analizi üçün isə 4 manat müəyyənləşib.
Femida.az
Oxunub: 736
Oxşar xəbərlər
- “Feniks”dən sosial çarx: Qurban
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Azərbaycanda qurbanlıq qoyunlar bahalaşıb
- Hindistanda daşqın qurbanlarının sayı 151 nəfərə çatıb
- Dünyada koronavirus qurbanlarının sayı 6 milyon nəfəri ötüb
- Bakıda və Abşeronda Qurban bayramı yarmarkası keçiriləcək
- Cavid Qurbanov “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri vəzifəsindən azad edilib
- XİN: "Üçtərəfli bəyanatdan sonra 219 nəfər mina qurbanı olub"
- Azərbaycanda insan alveri qurbanlarının statistikası açıqlanıb
- İnsan alveri qurbanları ilə bağlı idarələrarası komissiyanın tərkibi genişləndirilib