“Azəriqaz”in xidmət sahələri bayram günlərində işləyəcək


12:19     09 Avqust 2019 azeriqaz20150719.jpg

Qurban bayramı günlərində (12 və 13 avqust) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin bir neçə xidmət sahəsi operativ olaraq xidmətlərini davam etdirəcək.



“Azəriqaz”dan Femida.az-a verilən məlumata görə, birliyin inzibati binasında (Xətai rayonu, Y.Səfərov 23), Bakı Regional Qazın Satışı Departamentində (Babək prospekti 22/24), eləcə də Bakının Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması xidmətləri göstəriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 272


Oxşar xəbərlər