“Azəriqaz” gücləndirilmiş iş rejiminə keçir
12:56 09 Avqust 2019
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi avqustun 12-13-də qeyd olunacaq Qurban bayramı münasibətilə gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.
Qurumdan Femida.az-a verilən məlumata görə, istehlakçıların təbii qazla fasiləsiz və keyfiyyətli təmin edilməsi, eləcə də qaz təchizatı sisteminə nəzarəti gücləndirmək məqsədi ilə zəruri tədbirlər həyata keçiriləcək.
Bundan başqa 24 saat fəaliyyət göstərən 185 və 104 nömrəli “Çağrı Mərkəzi”nin fəaliyyəti də gücləndiriləcək. Birliyin müvafiq şöbələrində, Bakı Regional Qaz İstismarı Departamenti, Sumqayıt Qaz İstismar Sahəsi, Regional Qaz İstismar İdarələri və xidmət sahələrində sutkalıq növbətçilik təşkil olunacaq.
Femida.az
Oxunub: 360
Oxşar xəbərlər
- Sabah “Azəriqaz”da növbəti “Açıq qapı” aksiyası keçiriləcək
- "Azəriqaz” 420 obyektdə qanunsuzluqlar aşkar edib
- “Azəriqaz”ın əməkdaşına qarşı zor tətbiqi ilə bağlı cinayət işi başlanıb
- "Azəriqaz"ın əməkdaşını döyən şəxs həbs olunub
- “Azəriqaz”: “Hazırda Xankəndi şəhəri təbii qazla təmin olunur”
- "Azəriqaz": "Sabahdan Xankəndiyə qaz veriləcək"
- "Azəriqaz" ötən il satdığı qazın 4 %-nin pulunu yığa bilməyib
- "Azəriqaz"dan əhaliyə MÜRACİƏT: Limitin sıfırlanması üçün... - VİDEO
- “Azəriqaz” rəhbərliyi onlayn vətəndaş qəbulu keçirəcək
- "Azəriqaz": "İstixanaların qaza olan borcunu silə bilmərik"