Tələbə adını qazanmış abituriyentlərin diqqətinə!


13:33     09 Avqust 2019 19_08_09_1565343230.jpg


Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib.


DİM-dən Femida.az-a verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmuş abituriyentlərin siyahısı avqustun 9-da (günün ikinci yarısında) “Abituriyent” jurnalının 7-ci nömrəsində dərc olunacaq.

Xatırladaq ki, ali təhsil müəssisələrinin müsabiqəsində 58258 nəfər iştirak edib. Onlardan 42062 nəfəri (o cümlədən 3542 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 17820 (o cümlədən 586 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 24242 (o cümlədən 2956 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Femida.az

Açar sözlər:

Oxunub: 409