Ali məktəblərə 5785 plan yeri boş qalıb

Ali məktəblərə 5785 plan yeri boş qalıb


13:40     09 Avqust 2019 19_08_09_1565343403.jpg


Təhsil eksperti Kamran Əsədov ixtisas qrupları üzrə boş qalan plan yerlərinin sayını açıqlayıb.


Ekspert bildirib ki, bu il 47847 plan yeri ayrılmışdı. Nəticədə 42062 abituriyent ali məktəbə qəbul olunub, 5785 plan yeri boş qalıb.

I qrup: 2459 yer

II qrup: 2542 yer

III qrup: 142 yer

IV qrup: 354 yer

V qrup: 288 yer

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi (DİM) 2019/2020-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələrini elan edib. Ali məktəblərə qəbul ola bilməyənlər üçün boş qalan yerlərə ixtisas seçimi 15-19 avqust tarixində, boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust - 2 sentyabr tarixlərində həyata keçiriləcək.

Femida.az

Açar sözlər: #tələbə  

Oxunub: 437