Gömrük Komitəsi iyulda büdcəyə ödənişlərini 28%-dən çox artırıb


14:00     09 Avqust 2019 2019/08/c57882a8-f906-4f33-9fa3-5ba570bbf14e_1565344776.jpg


Bu ilin iyul ayında Dövlət Gömrük Komitəsinin (DGK) xətti ilə dövlət büdcəsinə 413 394,4 min manat həcmində vergi və rüsumlar daxil olub ki, bu da 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 91 232,9 min manat və ya 28,32% çoxdur.


DGK-dən Femida.az-a verilən məlumata görə, hesabat ayında dövlət büdcəsinə daxil olan gömrük rüsumlarının həcmi ötən ilin analoji ayı ilə müqayisədə 27 019 min manat və ya 31,43% artaraq 112 970,2 min manat olub.

Həmçinin ƏDV üzrə daxilolmaların həcmi 54 528,6 min manat və ya 25,42 artaraq 269 036,9 min manat, aksizlər 7 401,6 min manat və ya 40,56% artaraq 25 648,7 min manat, yol vergisi üzrə daxilolmalar isə 2 283,7 min manata və ya 66,1% artaraq 5 738,6 min manat təşkil edib.

Femida.az

Açar sözlər:

Oxunub: 341