Metronun bu stansiyaları ətrafında nəqliyyat axınına nəzarət gücləndirilib
14:18 09 Avqust 2019
Yağışlı hava şəraitində yollarda hərəkətin təşkili, sıxlıq və tıxaca səbəb olan süni amillərin vaxtında aradan qaldırılması məqsədi ilə Bakı Nəqliyyat Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Agentlikdən Femida.az-a verilən məlumata görə, səhər pik saatlarında metronun “Gənclik”, “20 Yanvar” və “Neftçilər” stansiyalarının ətrafı kimi vacib nəqliyyat axınının çox olduğu küçə və prospektlərdəki dayanacaq məntəqələrinin ərazisinə nəzarət gücləndirilib.
Görülən təxirəsalınmaz tədbirlər nəticəsində qısa vaxtda avtobus dayanacaq məntəqələrinin ərazisi taksi minik avtomobillərindən təmizlənib, sərnişinlərin ictimai nəqliyyatdan rahat, təhlükəsiz və maneəsiz hərəkəti təmin edilib.
Femida.az
Oxunub: 405
Oxşar xəbərlər
- Metronun iş rejimi "Qarabağ"a görə uzadılıb
- Metronun üç stansiyasının iş vaxtı bir saat uzadılacaq
- Metronun “8 Noyabr” stansiyası istifadəyə verildi
- Metronun açılması gözlənilmir - RƏSMİ
- Metronun infrastrukturu koronavirusla bağlı yoxlanılacaq
- Metronun fəaliyyəti dayandırıldı
- Metronun qarşısından hərəkət edəcək əlavə avtobuslar xəttə buraxılır
- Metronun fəaliyyətinin dayandırılma müddəti uzadıldı
- Metronun stansiya rəisi vəfat edib
- Metronun bu stansiyaları ikimərtəbəli olacaq