Abşeronda iki ev yanıb

Abşeronda iki ev yanıb


14:21     09 Avqust 2019 tuzlada_ayakkabi_fabrikasinda_yangin13397871040_h891831.jpg

Abşeron rayonunun Mehdiabad qəsəbəsində yanğın hadisəsi olub.

Fövqəladə Hallar Nazirliyindən Femida.az-a verilən məlumata görə, Abşeron rayonunun Mehdiabad qəsəbəsində ümumi sahəsi 170 m² olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün taxta atmaları və damına yığılan 3,4 ton ot bağlamasının 800 kq yanıb.

Evin və ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Eyni zamanda, Abşeron rayonunun Xırdalan şəhərində ümumi sahəsi 50 m² olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 149