Şəhid polkovnikin oğlu hərbi həkim işi ixtisasını qazandı


14:48     09 Avqust 2019 19_08_09_1565347730.jpg


Bu gün ali məktəb tələbəsi olanlar arasında 2016-cı ilin aprel ayında şəhid olmuş kəşfiyyatçı polkovnik Sənan Axundovun oğlu Tahir Axundov da var.


Femida.az-ın məlumatına görə, Tahir Axundov Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinə müalicə işi ixtisasına (dövlət sifarişi) qəbul olunub.

Bu ilin mart ayında Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban xanım Əliyeva şəhidin ailəsinə Heydər Əliyev Fondu adından mənzil də hədiyyə edib.



Femida.az

Açar sözlər: #şəhid  

Oxunub: 1700