Bakıda avtobus minik maşını ilə toqquşub - BNA-dan açıqlama


14:59     09 Avqust 2019 bna5.jpg

Paytaxtın Nəsibbəy Yusifbəyli küçəsi ilə Ceyhun Hacıbəyli küçəsinin kəsişməsində zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən Femida.az verilən məlumata görə, ilkin məlumata əsasən, qəza svetoforun qırmızı işığının tələbini pozan minik avtomobilinin 3 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusunun qarşısına çıxması səbəbindən baş verib.

Qəza nəticəsində sərnişin avtobusunda xəsarət alan olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 318