Bayramda rayona gedənlər üçün neoplanlar ayrıldı


15:10     09 Avqust 2019 19_08_09_1565349098.jpg

Qurban bayramı ilə əlaqədar sərnişin axınının çox olmasını nəzərə alaraq, xəttə digər avtobuslarla yanaşı iri tutumlu neoplanlar cəlb olunub.
Femida.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksinin mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədova bildirib. Onun sözərinə görə, neoplanların xəttə buraxılması sərnişinlərin komfortlu və rahat gedişini təmin etməyə kömək olacaq.

"Sərnişinlərdən xahiş edirik ki, səfər etmək istədikləri istiqamətlərə biletləri yola düşməyi planlaşdırdıqları saatda deyil, daha öncədən əldə etsinlər".

Açar sözlər:

Oxunub: 505