Tovuz əhalisinə pulsuz hüquqi yardım göstərilib


15:12     09 Avqust 2019 19_08_09_1565349069.jpg


Vəkillər Kollegiyası hüquqi məsləhətə ehtiyacı olan aztəminatlı şəxslər üçün pulsuz hüquqi xidmətlər göstərilməsinə davam edir.

Femida.az xəbər verir ki, tədbirlərin davamı olaraq, 9 avqust tarixində Azərbaycan Respublikası Vəkillər Kollegiyasının təşəbbüsü ilə Tovuz rayonunun əhalisinə ödənişsiz hüquqi yardım göstərilib.

Vəkillər Kollegiyasının üzvü, "Kəngərli və partnyorları" Vəkil Bürosunun vəkili, professor Mayis Əliyev tərəfindən Tovuz rayon Gənclər Evində bir qrup gəncə sosial hüquqların müdafiəsi mövzusunda təlim keçilib, o cümlədən, 20-dən çox vətəndaşa müxtəlif növ hüquqi yardım göstərilib, onların problemləri ilə tanış olunub, müvafiq məsləhətlər verilib, həmin məsələlərlə bağlı müxtəlif dövlət və qeyri-dövlət qurumlarına ərizə və şikayətlər yazılıb.

Azərbaycan Respublikasının Vəkillər Kollegiyası tərəfindən gələcəkdə bu cür tədbirlərin Respublikanın digər regionlarında da təşkil olunub keçirilməsi nəzərdə tutulub.

Femida.az

Açar sözlər: #vəkillər   #VK   #kollegiya   #hüquqi_yardım  

Oxunub: 1502