Prokurorluqda işləmək istəyən namizədlər üçün keçirilmiş tеst imtаhаnının nəticələri açıqlanıb


15:46     09 Avqust 2019 tqdk%20sinaq%20imtahan%20neticelerin%20femida7.jpg

Dövlət İmtahan Mərkəzi (DİM) Baş Prokurorluq ilə birgə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli fərmanı ilə təsdiq edilmiş "Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında" Əsasnaməyə müvafiq olaraq prokurorluq orqanlarında işə qəbul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib.



DİM-dən Femida.az- a verilən məlumata görə, Bakı İdman Sarayında təşkil olunan imtahan saat 10:00-da başlayıb və 3 saat davam edib.

İşə qəbul olmaq üçün ərizə təqdim etmiş 284 namizəddən 26 nəfəri imtahana gəlməyib. İmtahanda iştirak etmiş 258 namizəddən 128 nəfəri müsabiqə şərtini (70 və daha çox bal) ödəyərək növbəti mərhələyə buraxılıb.

Açar sözlər:

Oxunub: 537