99 yaşlı qadına ilk dəfə şəxsiyyət vəsiqəsi verilib


15:42     09 Avqust 2019 2019/08/37835571-5DA2-46C1-93DD-CEE20A69B61D_1565351445.jpeg

Azərbaycanda 99 yaşlı qadına ilk dəfə şəxsiyyət vəsiqəsi verilib.

Femida.az xəbər verir ki, bununla bağlı müraciət Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Bərdə “ASAN xidmət” mərkəzində qeydə alınıb.

Belə ki, rayonun Qaraqoyunlu kənd sakini, 1920-ci il təvəllüdlü Tuyğun İmran qızı Mustafayeva ilk dəfə şəxsiyyət vəsiqəsi almaq üçün müraciət edib.

Həmin vətəndaşın şəxsiyyət vəsiqəsi avqustun 9-da Bərdə “ASAN xidmət” mərkəzinin əməkdaşları tərəfindən ona təqdim olunub.

Femida.az

Açar sözlər:

Oxunub: 376