Mərkəzi Bank növbəti depozit hərracı keçirəcək


15:57     09 Avqust 2019 merkezi.png


Avqustun 14-də Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçiriləcək.


Femida.az-ın məlumatına görə, saat 11:00-11:15 aralığında təşkil ediləcək hərrac "Blumberq" ticarət sistemi platformasında həyata keçiriləcək. Hibrid formalı hərracla bağlı məlumatın platformada göndərilmə vaxtı 10:00-dır.

Hərracda məbləğ 100 000 000 (yüz milyon) manat, müddət 12 gün, faiz dərəcəsi isə 6,26% - 8,24%-dir.

Femida.az

Açar sözlər:

Oxunub: 369