Gürcüstandan 8 Azərbaycan vətəndaşı deportasiya edilib


16:10     09 Avqust 2019 gurcustan%20azerbaycanli.jpg



Yanvar-iyun ayları ərzində Gürcüstandan 8 Azərbaycan vətəndaşı deportasiya edilib.

Femida.az-ın xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, hesabat dövründə Gürcüstandan ümumilikdə 41 xarici ölkə vətəndaşı deportasiya olunub. Bunlar Azərbaycanla yanaşı, İran (6), Misir (5), Türkiyə (4), Anqola (2), Hindistan (2), İraq (2), Nigeriya (2), Kanada (1), Keniya (1), Özbəkistan (1), Ukrayna (1), Banqladeş (1), Konqo (1), Mərakeş (1), Nepal (1), Pakistan (1) və Haiti (1) vətəndaşlarıdır.

Məlumatda bildirilib ki, ölkədən çıxarılan əcnəbilərin əksəriyyəti 26-40 yaş arası kişilərdir.

2018-ci ildə isə 77 əcnəbi Gürcüstandan deportasiya edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 454