Bayramda qaz kartınız bloka düşsə, bu ünvanlara yaxınlaşın


16:58     09 Avqust 2019 19_08_09_1565354112.jpg

Qurban bayramı günlərində (12 və 13 avqust) “Azəriqaz” İstehsalat Birliyinin bir neçə xidmət sahəsi operativ olaraq xidmətlərini davam etdirəcək.


Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Birliyin inzibati binasında (Xətai rayonu, Y.Səfərov 23), Bakı Regional Qazın Satışı Departamentində (Babək prospekti 22/24), eləcə də Sabunçu, Maştağa, Mərdəkan və Xırdalan xidmət sahələrində yeni smart kartların verilməsi, bloklanmış kartların və yaxud abonentin səhvi nəticəsində söndürülmüş sayğacların (OFF rejimi) yenidən aktiv olunması xidmətləri göstəriləcək.

Açar sözlər:

Oxunub: 517