Atambayev istintaqa “yox” dedi
17:12 09 Avqust 2019
Qırğızıstanın sabiq Prezidenti Almazbek Atambayev istintaqla əməkdaşlıqdan imtina edib.
TASS xəbər verir ki, bunu A.Atambayevin vəkili Sergey Slesarev jurnalistlərə açıqlamasında bildirib.
“Atambayev istintaqla əməkdaşlıqdan imtina etdi və heç bir sənədi imzalamadı”, - deyə vəkil qeyd edib.
Onun sözlərinə görə, bu, qabaqlayıcı tədbirin dəyişdirilməsi haqqında vəsatət, qərardad barədə sənəd, dindirilmə protokolu və prosessual qaydada nəzərdə tutulmuş digər qiymətli kağızlarla bağlıdır.
Qeyd edək ki, A.Atambayev vəzifə səlahiyyətlərindən sui-istifadədə və korrupsiyada ittiham olunur.
Avqustun 7-də A.Atambayevin tutulması ilə bağlı Koy-Taş kəndində yerləşən iqamətgahına ölkənin təhlükəsizlik orqanlarının əməkdaşları tərəfindən hücum olub. Qarşıdurma nəticəsində azı 52 nəfər yaralanıb, bir nəfər ölüb.
Oxunub: 428
Oxşar xəbərlər
- Atambayevin xanımı jurnalistlər qarşısına çıxdı
- Atambayevin işinə daha 2 maddə əlavə olundu
- Atambayevə qarşı daha iki ittiham irəli sürülüb
- Atambayev ömürlük həbs edilə bilər
- Atambayevin oğlu da istintaqa çağırıldı
- Atambayevin 40-a yaxın tərəfdarı saxlanılıb
- Atambayevin təslim olma anının videosu yayıldı
- Atambayev istintaq təcridxanasına yerləşdirilib
- Atambayevin iqamətgahında yeni əməliyyat başlayıb
- Atambayev xalqa müraciət etdi: “Dayanın, güllə atmayın!” - (VİDEO)