Tankçılarımız “Tank biatlonu” müsabiqəsinin yarımfinalında


17:51     09 Avqust 2019 19_08_09_1565355157.jpg

“Beynəlxalq Ordu Oyunları - 2019” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsinin yarımfinal mərhələsinə yüksəlmiş 16 komanda arasında püşkatma mərasimi keçirilib.
Müdafiə Nazirliyindən Femida.az -a verilən məlumata görə, püşkatmanın nəticələrinə əsasən komandaların rəqibləri, çıxış edəcəkləri gün və döyüş texnikasının rəngi müəyyən edilib.

Qırmızı rəngə boyanmış tanklarda çıxış edəcək komandamızın birinci divizionda ikinci qrupdakı rəqibi Çin, Qazaxıstan və Serbiya heyətləri olacaq.

Açar sözlər:

Oxunub: 403