İran ilə Azərbaycan birgə investisiya fondu yaradır
19:30 09 Avqust 2019
İran ilə Azərbaycan sığorta sahəsində əməkdaşlıq əlaqələrini genişləndirəcək və birgə investisiya fondu yaradacaqlar.
Bu sözləri İranın İqtisadi işlər və maliyyə naziri Fərhad Dejpəsənd mətbuata verdiyi açıqlamasında deyib.
Nazir bildirib ki, bu gün İran ilə Azərbaycanın münasibətləri yüksələn xətlə inkişaf edir. Hər iki ölkənin iqtisadi potensialı daha geniş əlaqələrin qurulması üçün imkan yaradır.
O diqqətə çatdırıb ki, sığorta sahəsində əməkdaşlıq əlaqələrinin qurulması vətəndaşların və şirkətlərin iş qurmaq istəklərinə köməklik göstərəcək. Onların əmlakı və maliyyə vəsaitlərinə dövlətlər zəmanət verəcək. Bu isə qarşılıqlı sərmayələrin qoyuluşunu artıracaq.
F.Dejpəsənd nəqliyyat sahəsində əməkdaşlığın davam etdiyini vurğulayıb. Qeyd edib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas komponenti olan Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun çəkilişi davam edir. Bu yolun Qəzvin-Rəşt hissəsi istismara buraxılıb. Rəşt-Astara hissəsində isə işlər davam edir.
Onun sözlərinə görə, qarşıdakı iki ildə Rəşt-Astara yolunun tikintisi başa çatacaq və İran ilə Azərbaycanın dəmir yolları sistemləri birləşəcək. Bu dəmir yolunun istifadəyə verilməsi ilə hər iki ölkənin qeyri-neft sektorunun inkişafına əsaslı təkan veriləcək.
İranlı nazir onu da bildirib ki, dövlətlər arasında birgə beynəlxalq investisiya fondunun yaradılması məsələsi də müzakirə edilir. (AzərTAc)
Femida.az
Oxunub: 708
Oxşar xəbərlər
- İran Məsləhət Şurasının yeni tərkibi təsdiqlənib, Həsən Ruhani siyahıya daxil edilməyib
- İrandan Azərbaycana 53 kq-a yaxın narkotikin gətirilməsinin qarşısı alınıb
- İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Azərbaycana gəlir
- İranda məcburi hicaba qarşı kampaniya başlayıb
- İranda yol qəzası olub, 14 nəfər ölüb
- İranın nüvə müəssisənin daha bir əməkdaşının meyiti aşkarlanıb
- İranın neft naziri Azərbaycana səfər edəcək
- İranın tanınmış din xadimi vəfat edib
- İranla İraq arasında diplomatik gərginlik artır
- İran Cəbrayılda xəstəxana tikəcək