İki tona yaxın çətənə kolu məhv edildi


19:56     09 Avqust 2019 2019/07/narkotik-cetene_yeni_1562588028.jpg

Daxili işlər orqanlarının əməkdaşları yabanı halda bitən narkotik tərkibli bitkilərin aşkarlanması istiqamətində uğurlu əməliyyat tədbirlərini davam etdirirlər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşları Hunanlar kəndi ərazisində 2,3 hektar sahədə yabanı halda bitmiş, 2 tona yaxın çəkisi olan 2385 çətənə kolu aşkarlayıblar. Həmin çətənə kolları məhv edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 403