Cəzaçəkmə müəssisəsinə narkotik keçirilməsinin qarşısı alınıb


20:05     09 Avqust 2019 2019/08/575d4-1565363264_1565366827.jpg

Penitensiar Xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 16 saylı cəzaçəkmə müəssisəsinə narkotik maddə keçirilməsi cəhdinin qarşısı alınıb.


Penitensiar Xidmətdən Femida.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin 177.2.3 və 67.1-ci maddələrinə əsasən 2 il 2ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Rəsulov Taleh Çingiz oğlu ilə qısamüddətli görüşə gəlmiş dayısı Sabirabad rayon sakini Qələndərov Pərviz Əhməd oğlunun üzərinə baxış keçirilən zaman cibində gizlədilmiş 1 ədəd bükülünün içərisində 0,168 qram narkotik maddə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 358