Şirvanda mənzildən qadın meyiti tapılıb

Şirvanda mənzildən qadın meyiti tapılıb


20:59     09 Avqust 2019 2018/06/meyit_yeni_1530171453.jpg

Şirvanda mənzildən qadın meyiti tapılıb.

Femida.az-ın məlumatına görə, Şirvan şəhəri, Heydər Əliyev prospekti 5, mənzil 21 ünvanında qadın meyiti aşkar edilib. Qonşuların polisə müraciəti əsasında Fövqəladə Hallar Nazirliyinin (FHN) Şirvan yanğından mühafizə xidmətinin əməkdaşları tərəfindən mənzilin qapısı xüsusi avadanlıqların köməyi ilə açılıb. Bu zaman mənzildə 2-3 gün əvvəl öldüyü təxmin edilən, 1944-cü il təvəllüdlü Qaçayeva Zenfira Mirzəməmməd qızının meyiti aşkar edilib.

Meyit müayinə olunmaq üçün Şirvan morquna yerləşdirlib.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 188