Goranboyda 4 otaqlı fərdi yaşayış evi yanıb


21:18     09 Avqust 2019 yangin_386736368.jpg

Goranboy rayonunun Zeynallı kəndində kənd sakini Arzu Qurbanova məxsus birmərtəbəli, 4 otaqlı fərdi yaşayış evi yanıb.

Femida.az-ın Mingəçevir bürosundan verilən məlumata görə, 196 kvadratmetr sahəsi olan ev yanar konstruksiyaları və əşyaları ilə birlikdə yanıb.

Yanğın Fövqəladə Hallar Nazirliyinin rayon Yanğından Mühafizə bölmələrinin əməkdaşları tərəfindən söndürülüb.

Hadisə zamanı xəsarət alan olmayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 333