Girov götürülən türk dənizçilər sərbəst buraxıldı


22:55     09 Avqust 2019 19_08_10_1565383112.jpg

Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə edilən silahlı hücum zamanı girov götürülən 10 türk dənizçi sərbəst buraxılıb.
Femida.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. Girovluqan azad edilən şəxslərin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, iyulun 13-də Nigeriya sahillərinə yaxın sularda Türkiyə bayrağı altında üzən “Paksoy-I” karqo gəmisinə silahlı hücum edilib. Nəticədə18 nəfərlik heyət üzvündən 10-u girov götürülmüşdü.

Açar sözlər:

Oxunub: 391