Türkiyədə Azərbaycan NEZ məhsullarının satış həcmi açıqlanıb


09:17     10 Avqust 2019 2019/08/CCA5A35F-16B3-4CD1-8ABE-077F40C08F02_1565414577.jpeg


Türkiyənin dövlət bazarında fəaliyyət göstərən ARDNŞ-in Star Neft Emalı Zavodu (NEZ) tərəfindən Türkiyənin daxili bazarında satılan ümumi məhsulun həcmi, 2019-cu ilin may ayında 43,761 min ton təşkil edib.

Femida.az Trend-ə istinadən bildirir ki, Türkiyənin Enerji Bazarı Tənzimləmə Təşkilatının (EPDK) saytında yerləşdirilən hesabata ğörə, Türkiyə bazarındakı Star zavod məhsullarının payı 1,75 faiz təşkil edib.

EPDK hesabatında göstərilir ki, 2019-cu ilin may ayında NEZ Star 89.983 min ton dizel yanacağı və 40,107 min ton reaktiv yanacağı daxil olmaqla 130,090 min ton neft məhsulları ixrac edib.

Zavodda xam neftin idxalı, 2019-cu ilin may ayında 630,648 min ton təşkil edib.

Qeyd edək ki, 19 oktyabr 2018-ci ildə İzmirdə 6 3 milyard dollar dəyərində olan NEZ Star açılışı olub.

Zavodun layihə gücü 10 milyon tondur və ARDNŞ dövlət şirkəti müəssisə üçün əsas xammal tədarükçüsü kimi çıxış edir.

Zavod Türkiyənin neft-kimya idxalından asılılığını əhəmiyyətli dərəcədə azaldacaqdır.


Femida.az

Açar sözlər:

Oxunub: 448