Qaradağda piyada ölümü baş verib


09:23     10 Avqust 2019 piyada5.jpg

Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Femida.az Trend-ə istinadən bildirir ki, avqustun 8-də saat 14 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Neftçala rayon sakini Ə.Kərimov idarə etdiyi "KİA" markalı avtomobillə yolu keçən Sabirabad rayon sakini Novruz Novruzovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Femida.az

Açar sözlər:

Oxunub: 395