Sumqayıt sakini atası və qardaşı tərəfindən döyülüb


12:30     10 Avqust 2019 dava_014.jpg

Sumqayıt şəhərində ailə münaqişəsi döyülmə ilə nətiəcələnib.

Femida.az xəbər verir ki, ötən gün axşam saatlarında 30 yaşlı Mirzəyev Həsən Hüseynağa oğlu ağır kəllə-beyin travması ilə Sumqayıt Şəhər Təcili Tibbi xəstəxanasına gətirilib. Başından küt alətlə ağır xəsarət alan H.Mirzəyevə tibbi yardım göstərilib və o, xəstəxanada qalmaqdan imtina edib.

Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məlumata görə, H.Mirzəyev ailə münaqişəsi zəminində qardaşı və atası tərəfindən döyülüb.

Femida.az

Açar sözlər:

Oxunub: 354