"ASAN Yay Festivalı" davam edir


12:59     10 Avqust 2019 2019/08/803AB614-C732-4970-BA63-4FD1DC3C8764_1565427606.jpeg

“ASAN Könüllüləri” Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə növbəti "ASAN Yay Festivalı" keçirilib.

Qurumdan Femida.az -a verilən məlumata görə, Mingəçevir “ASAN Həyat” kompleksində baş tutan festival həm yerli, həm də digər rayon və şəhərlərdən gələn sakinlər tərəfindən rəğbətlə qarşılanıb. Konsertdə müğənnilər Roza Zərgərli, Zenfira İbrahimova, Zeynəb Həsəni, Aydın Sani və DJ Bazaur çıxış ediblər. Həmçinin "ASAN Könüllüləri" tərəfindən rəqs nümunələri, ifalar təqdim olunub. Konsertdən hazırlanan xüsusi proqram yaxın günlərdə ASAN Radioda təqdim ediləcək.

“ASAN Yay Festivalı”na “ASAN xidmət”in Rəqəmsal Könüllüləri də qatılıblar. Onlar festival iştirakçılarını elektron hökumət, elektron dövlət xidmətləri, elektron ödənişlər və elektron xidmətlərdən istifadənin üstünlükləri barədə məlumatlandırıblar.

“ASAN Həyat” konsepsiyası “ASAN xidmət” mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlə yanaşı, bu konseptin istirahət və əyləncə imkanlarından da istifadə edirlər. “ASAN Həyat” kompleksi vətəndaş rahatlığı üçün həyat standartlarının yaxşılaşdırılmasına xidmət edən müxtəlif həlləri əhatə edir.


Femida.az

Açar sözlər:

Oxunub: 341