“Qarabağ" - APOEL oyunu üçün biletlərin yarısı satılıb
13:57 10 Avqust 2019
"Qarabağ"ın UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə Bakıda keçirəcəyi cavab oyunu üçün satılan biletlərin sayı bəlli olub.
Qarşılaşma üçün 15 min bilet satılıb.
Matç üçün ən ucuz bilet 2 manatdır. Satışda 5 manat, 10 manat və VİP sektor üçün 50 manatlıq biletlər də var. Biletləri Tofiq Bəhramov adına Respublika Stadionunun kassalarından, "Gənclik", 28 Mall, "Park Bulvar"dakı iTicket satış məntəqələrindən, ASAN xidmətin 2 və 3 saylı (Yasamal, "AMAY T/M) mərkəzlərindən və İticket.az (onlayn) saytından əldə etmək mümkündür.
Qeyd edək ki, avqustun 13-də Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək oyun saat 20:30-da başlayacaq. Kiprdəki ilk qarşılaşmada "Qarabağ" qələbə qazanıb - 2:1.
Femida.az
Oxunub: 464
Oxşar xəbərlər
- “Qarabağ”la oyunda azarkeşləri təhqir edən Samir Abasov cəzalandırılıb
- “Qarabağ yenidən bizimdir” - Türkiyəli deputat
- “Qarabağ müharibəsi türk dünyasının birliyini göstərdi” - Ərdoğan
- “Qarabağ məsələsində üç ölkə bir ürək olduq” - Hulusi Akar
- “Qarabağ Dirçəliş Fondu”nun xəzinə və bank hesabları açıldı
- “Qarabağ” ordeninin statutu müəyyənləşib
- “Qarabağı dünyanın ən gözəl bölgələrindən birinə çevirməliyik” - Prezident
- “Qarabağda vəziyyət sabitləşir” - Zaxarova
- “Qarabağda sülhün bərpasında Moskva ilə Bakının mövqeləri üst-üstə düşür”
- “Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir” - Putin