Amerikalı milyarder həbsxanada intihar edib


19:14     10 Avqust 2019 19_08_10_1565447687.jpg

Amerika milyarderi Cefri Epşteyn həbsxanada intihar edib.

APA-nın Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, o, dünən gecə qaldığı kamerada özünə qəsd edib.

Milyarder onlarla azyaşlı qızı fahişəliyə cəlb etməkdə ittiham olunurdu. O, 2002-2005-ci illlərdə Nyu-Yorkda və Floridada yerləşən iqamətgahlarında qəbul etdiyi azyaşlı qızlarla cinsi münasibətdə olub.


Cinayətləri sübut olunacağı təqdirdə onu 40 ildən çox həbs müddəti gözləyirdi.

Qeyd edək ki, C.Epşteyn bu ilin iyul ayında həbs edilmişdi.

Açar sözlər:

Oxunub: 570