Bakıda mənzildə kişi meyiti tapılıb


19:55     10 Avqust 2019 19_08_10_1565447865.jpg

Bakıda mənzildən kişi meyiti aşkarlanıb.

Bu barədə Femida.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1960-cı il təvəllüdlü Kukov Aleksandr Yevyenisin meyitini aidiyyəti üzrə təhvil veriblər.​

Açar sözlər:

Oxunub: 305