Bakıda küçə ticarətinin qarşısı alınır
20:38 10 Avqust 2019
Paytaxtın Yasamal rayonunun ərazisində - metronun “Elmlər Akademiyası” və “İnşaatçılar” stansiyalarının giriş və çıxışlarında, piyada keçidlərində, avtobus dayanacaqlarında küçəboyu antisanitariya və küçə ticarəti ilə bağlı yaranmış vəziyyət aradan qaldırılıb.
Femida.az xəbər verir ki, paytaxt sakinləri polisin ərazidə həyata keçirdiyi müvafiq tədbirlərdən razılıqlarını ifadə ediblər. Sakinlər ərazidə hüquq qaydasının təminatı işinin səmərəli təşkili üçün polisin gördüyü profilaktik tədbirləri alqışlayırlar.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın hər bir sakini hüquq qaydasının etibarlı təminatına töhfə verməli, daha çox küçə ticarətinin yaratdığı antisanitar vəziyyətə qarşı həssas olmalı, elementar normalara əməl etməlidir. Satış yalnız müəyyən olunan ünvanlarda həyata keçirilməlidir.
Oxunub: 342
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda usta işlədiyi evdə intihar etdi
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var