Cəlilabadda toyda baş vermiş kütləvi davada iki nəfər bıçaqlanıb
09:43 11 Avqust 2019

Cəlilabadda toy mərasimi zamanı kütləvi dava baş verib.
APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə Göytəpə şəhərində fəaliyyət göstərən şadlıq saraylarının birində qeydə alınıb. Toy mərasimində qonaqlar arasında yaranan mübahisə kütləvi davaya çevrilib. İlkin məlumata görə, dava zamanı 1994-cü il təvəllüdü Emin Əşrəfov və 1996-cı il təvəllüdlü Anar Əsgərov bıçaqlanıb. Müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralılar xəstəxanaya yerləşdiriliblər.
Mübahisənin hansı səbəbdən yarandığı, eləcə də bıçaqla xəsarət yetirən şəxs və ya şəxslərin adları hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Oxunub: 211
Oxşar xəbərlər
- Cəlilabadda ədliyyə işçilərinin peşə bayramı qeyd olundu
- Cəlilabadda meyiti tapılan müəllimin ölüm səbəbi bilindi
- Cəlilabadda gənc müəllim evində ölü tapılıb
- Cəlilabadda uşaq ölümü olub
- Cəlilabadda narkotik satan şəxslər saxlanılıb
- Cəlilabadda velosipeddən yıxılan müəllim xəstəxanada ölüb
- Cəlilabadda baş verən ağır yol qəzası ilə bağlı cinayət işi başlanıb
- Cəlilabadda ağır yol qəzası - 1 nəfər ölüb
- Cəlilabadda "KamAZ" aşıb, xəsarət alan var
- Cəlilabadda yanğın olub, xəsarət alan var