Hacıqabul-Qardabani qaz kəməri yenilənəcək


19:10     10 Noyabr 2015 d5cca96d-786d-4a4e-b18b-092cb8a77e73.jpg

Azərbaycandan Gürcüstana çəkilən Hacıqabul-Qardabani qaz kəməri bir neçə ilə yenilənəcək.


Femida.az xəbər verir ki, bu barədə jurnalistlərə Azərbyacan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev bildirib.

R.Abdullayev qeyd edib ki, 1971-ci ildə çəkilən bu kəmər bir qədər köhnəlib və bəzən kəmərdə ploblemlər yaranır: "Bu boru kəmərində xüsusən də qışda təzyiqi artıranda müəyyən problemlər yarana bilir. Bu problemləri aradan qaldırırıq. Bunun üçün proqram hazırlamışıq. Lakin bu, mərhələli şəkildə həyata keçirilir".

SOCAR rəhbəri qeyd edib ki, keçən il boru kəmərinin böyük hissəsində dəyişikliklər aparılıb və bu il də problemli sahələr dəyişdirilir: "Düşünürəm ki, bir neçə ilə Hacıqabul-Qardabani qaz kəməri yenilənəcək. Azərbaycandan Gürcüstana başqa boru kəmərinin çəkilişinə isə ehtiyac yoxdur".

Qeyd edək ki, Gürcüstanın energetika naziri Kaxa Kaladze Gürcüstana Azərbaycandan ikinci xəttin çəkilməsi məsələsinə baxdıqlarını bildirib.

Açar sözlər:

Oxunub: 1177


Oxşar xəbərlər