19 yaralı ilə bağlı Səhiyyə Nazirliyindən açıqlama


10:27     11 Avqust 2019 19_08_11_1565503469.jpg

Xəbər verdiyimiz kimi, Hacıqabul rayonunda "Mercedes" markalı sərnişin daşıyan avtomaşınla "Ford" markalı avtomobil toqquşub.

Səhiyyə Nazirliyindən Femida.az-a verilən ilkin məlumata görə, 19 yaralı var.

10 nəfər Şirvan, digər 9-u isə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Kürdəmir MRX-dan verilən məlumata görə, qəzadan sonra 6 qadın, iki kişi və bir azyaşlı oğlan gətirilib. Azyaşlının Bakıya Travmatologiya İnstituna (qolun amputasiyası), 2 kişinin isə Klinik Tibii Mərkəzə keçirilməsi qərara alınıb.

Şirvan MRX-da olan qadınların ikisində qapalı kəllə beyin travması etimal olunur. Yaralıların hamısına lazımi yardım göstərilir.

Açar sözlər:

Oxunub: 245