Meriyadan hava xəbərdarlığı


11:50     11 Avqust 2019 19_08_11_1565507027.jpg

Bakı Şəhər İcra Hakimiyyəti paytaxt sakinləri və şəhərimizin qonaqlarına hava şəraiti ilə bağlı xəbərdarlıq edib.
Meriyadan Femida.az -a verilən məlumatda bildirilir:

"Bu gün, avqust ayının 11-dən başlayaraq havanın kəskin şəkildə dəyişməsi, Bakıda və Abşeron yarımadasında güclü şimal-qərb küləyinin əsəcəyi, bəzi yerlərdə qısamüddətli yağış yağacaqı gözlənilir.

Bununla əlaqədar vətəndaşları ehtiyatlı olmağa, nəqliyyat vasitələrini ağacların altında saxlamamağa, mənzillərdə pəncərələri bağlamağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırırıq. Bakı şəhəri üzrə bütün kommunal və texniki xidmətlər gücləndirilmiş iş rejimində çalışacaqlar".

Açar sözlər:

Oxunub: 372