Putin müsəlmanları təbrik edib


12:45     11 Avqust 2019 19_08_11_1565513179.jpg

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin ölkə müsəlmanlarını Qurban bayramı münasibətilə təbrik edib.
Femida.az xəbər verir ki, Putin müsəlmanlara sülh, xoşbəxtlik və firavanlıq arzulayıb.

Kreml Sarayının saytında yerləşdirilən təbrikdə bildirilir:

“Bu bayram insanlar arasında birlik, sevgi, mehribanlıq və mərhəmət dəyərlərinin möhkəmlənməsinə xidmət edir. Sevindirici haldır ki, Rusiya müsəlmanları öz ata-babalarının zəngin mədəni və mənəvi irsini qoruyur, gənc nəslə əcdadlarının tarixinə, adət-ənənələrinə hörmət etməyi öyrədirlər”.

Açar sözlər:

Oxunub: 555