Arvadının üzünü doğrayan kişinin MƏHKƏMƏSİ


18:55     10 Noyabr 2015 1%20(1)3.jpg


Femida.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində 1988-ci il təvəllüdlü Zaur Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. O, oğurluqda və sağlamlığa zərər vurmaqda təqsirli bilinir.


Hakim Eynulla Vəliyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.Növbəti məhkəmə prosesi noyabrın 13-ə təyin edilib.

Qeyd edək, bu təqsirləndirilən şəxsin ilk məhkumluq həyatı deyil. O, Cinayət Məcəlləsinin 177-ci ( oğurluq) maddəsi ilə axtarışda olub. Bu cinayət işində isə, Zaur Paşayev həyat yoldaşının üzünü kəsərək onun sağlamlığına ağır zərbə vurub.

Buna görə də, Zaur Paşayev Cinayət Məcəlləsinin 126.1 ( qəsdən sağlamlığa ağır zərbə vurma), 177 ( oğurluq) maddəsi ittiham olunur. (lent.az)



Femida.az

Açar sözlər:

Oxunub: 1157