Polis serjantı qəzaya düşdü - Bakıda


19:10     10 Noyabr 2015 1430286736_paytaxtda-polis-mashini-qezaya-dushub.jpg

Bakıda polis baş serjantının idarə etdiyi avtomobil qəzaya düşüb.


Femida.az xəbər verir ki, hadisə Nəsimi rayonunda baş verib.

M.Qasımov küçəsində Nəsimi Rayon Polis İdarəsinin Post Partul Xidməti Bölüyünün əməkdaşı, 1982-ci il təvəllüdlü Rəşad Əsgərlinin idarə etdiyi “Fiat Doblo” markalı avtomobillə Bakı sakini, 1983-cü il təvəllüdlü Nicar Soltanovun idarə etdiyi “Mersedes” markalı avtomobil toqquşub.

Qəza nəticəsində hər iki avtomobil əzilib, xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 1311